İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşları qəbul edib - FOTO
16:07 20 Fevral 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 16:04 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən növbəti vətəndaş qəbulu bu gün Şabranda keçirilib.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Siyəzən, Xızı və Şabran rayonlarından olan 80-dən çox vətəndaş müraciət edib. Vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının yaradılması, kənd yollarının çəkilməsi, kəndlərin qazlaşdırılması, kənddə məktəb, tibb məntəqəsi və musiqi məktəbinin tikilməsi, məktəb və xəstəxana təmiri, kiçik xidmət sahələrinin yaradılması, kənd təsərrüfatı texnikasının alınması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

 

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, nazir Ş. Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapıb, digərlərinin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcək. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

 

Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, heyvandarlıq, iri fermer təsərrüfatının yaradılması, meyvəçilik, arıçılıq, balıqçılıq, istixana təsərrüfatının yaradılması, mebel, tikinti materialları, keramik suvenir, boya istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

 

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Ş. Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər. Ümumilikdə, iqtisadiyyat və sənaye naziri tərəfindən indiyədək bölgələrdə 28 vətəndaş qəbulu keçirilib, qəbullarda 1 600-dən çox vətəndaş müraciət edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR