Qadına qarşı zor tətbiq etməkdə şübhəli bilinən şəxslərin işi ilə bağlı cinayət işi başlanıb

16:48 20 Fevral 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Fevralın 15-də saat 04 radələrində Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığında “VAZ 2107” markalı “10-DR-825” dövlət qeydiyyat nişanlı avtomobildə olan hələlik şəxsiyyətləri istintaqa məlum olmayan iki şəxsin Sənubərə (ad şərtidir) qarşı onun köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə avtomobilə əyləşdirib bıçaqla hədələməklə pulunu alması, daha sonra onunla zorla cinsi əlaqədə olmaları faktına görə Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun AzərTAc-a daxil olan birgə məlumatında bildirilir ki, hazırda iş üzrə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qadina_qarsi_zor_tetbiq_etmekde_subheli_bilinen_sexslerin_isi_ile_bagli_cinayet_isi_baslanib-833682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR