“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki, sessiya mayın 11-12-də keçiriləcək.
Sözügedən tədbirdə təqdimat və çıxışlar üçün Azərbaycan iqtisadiyyatının özəl sektorunun nümayəndələri dəvətlidir. “Azərbaycanda investisiya imkanları” adlı sessiyada iştirak etməkdə maraqlı olan özəl sektor nümayəndələri aprelin 18-dək İqtisadiyyat Nazirliyinə (+994 12) 493 88 67 (daxili 2231) telefon nömrəsi ilə məlumat verməlidir.