“Azərbaycan ümumilikdə münaqişə ilə bağlı, eləcə də son hadisələrlə əlaqədar beynəlxalq hərbi tribunalın yaradılmasında erməni tərəfindən daha çox maraqlıdır”.
Bu barədə Axşam.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirlikdən deyiblər ki, məhz o zaman Ermənistanın hazırkı kriminal hərbi-siyasi hakimiyyətinin mahiyyəti, onun azərbaycanlılara qarşı saysız-hesabsız qanlı cinayət əməlləri törətməsi aydın sübuta yetiriləcək:
“Təkcə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən genosid siyasəti kifayət edir ki, Ermənistan rəhbərliyi və erməni səhra komandirləri beynəlxalq cinayət məhkəməsinə verilərək layiqli cəzalarını alsınlar”.
Qeyd edək ki, Ermənistan müdafiə nazirinin müşaviri Alik Avetisyan 2-5 apreldə baş verənlərlə bağlı beynəlxalq tribunalın yaradılması üçün BMT-yə müraciət edə biləcəklərini söyləyib. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur.
Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
"Hərbi tribunalın yaradılmasında biz daha çox maraqlıyıq" - Müdafiə Nazirliyi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Tünzalə Ağayeva yeni layihəsinin anonsunu paylaşdı - VİDEO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
“Fənərbaxça”da heyət dəyişir - Bu futbolçular göndərilir
Bu gün
·
11:42
700 kilo qızılı vardı, indi daxmada yaşayır
Bu gün
·
11:40
İlham Əliyev müraciət ünvanladı
Bu gün
·
11:39
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
Bu gün
·
11:33
Hafiz Həsənova hökm oxundu
Bu gün
·
11:15
Emin Əmrullayev əmr imzaladı
Bu gün
·
11:07
Cinayət törədən 54 nəfər saxlanılıb
Bu gün
·
11:01
“Barselona”dan “Balaca Messi” hərəkatı
Bu gün
·
10:42
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi
Bu gün
·
10:36
Azərbaycan XİN Meksikanı təbrik etdi
Bu gün
·
10:36
“Sobsan” şirkəti böyük məbləğdə cərimələndi
Bu gün
·
10:25
Azərbaycan kartof ixracını artırdı
Bu gün
·
10:21
Pensiya, uşaqpulu: 5 maddəlik “rahatlıq planı” - Mümkün ola bilər?
Bu gün
·
10:16
Bakıda maşın piyadanı vuraraq öldürdü
Bu gün
·
09:55
Qeyri-etik hərəkətə görə cəza aldı - Qovula bilər
Bu gün
·
09:51