A+
A–

Bakı, 13 aprel, AZƏRTAC
Təhsil, Gənclər və İdman nazirlikləri, “Kapital Bank” ASC, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə 65 tələbə ümumilikdə 59 biznes ideya təqdim edib. Ekspert Şurası müsabiqəyə təqdim olunan biznes ideyaların dəyərləndirilməsinə başlayıb. Nəticələr növbəti həftə açıqlanacaq.
AZERTAG.AZ :“Made in Azerbaijan” müsabiqəsinə biznes ideyaların qəbulu başa çatıb