Günay İbrahimli ilə "Sadəcə sev" filmində baş rolları paylaşan gənc aktyor Cövdət Şükürov serialdakı rolu və çəkiliş prosesi haqda Milli.Az-a açıqlama verib:

"Filmdə 5 ildir ailə həyatı quran və zaman keçdikcə həyat yoldaşından və ailə həyatından soyuyan bir qəhrəman rolunu oynayıram. O, bütün fikrini və həvəsini işinə verib. Özü də bilmədən həyat yoldaşından uzaq düşür və onu itirir. Amma əslində o, həyat yoldaşını çox sevir. Günay xanım çox professional insandır, vaxtı-vaxtında çəkilişə gəlib-gedirdi. Rolunun da öhdəsindən çox gözəl gəldi. Bu obrazım digər obrazlarımdan çox fərqlənirdi, çünki mən əsasən cavan, dəliqanlı adamları canlandırmışam, amma bu obraz olğun, məqsədləri olan bir adam idi. Nə yalan deyim, bu cür obrazları sevmirəm, mən daha çox xarakterik obrazlara üstünlük verirəm".

Bir müddət öncə sosial şəbəkədə filmin fotoları yayımlanandan sonra hamı filmin açıq-saçıq olduğundan Günayı qınaq atəşinə tutmuşdu. Aktyor isə əslində filmin açıq-saçıq olmadığını qeyd edib:

"Əslində filmdə açıq-saçıq səhnələr yoxdur, özünüz baxanda bunu görəcəksiniz. Bilirsiz, mən aktyoram, mənim yoldaşım da məni yaxşı tanıyır və bilir ki, mən necə adamam. O bu işdə mənə ən çox dəstək verən insanlardandır. Qeyd edim ki, çəkiliş prosesində o sonadək mənim yanımda oldu. Ümumiyyətlə, bu sənət çox qəribə sənətdir. Misal üçün, mənim bir başqa filmimdə danışmadığım, heç sevmədiyim bir insanla sevgili rollarını oynamışıq. Bizim tamaşaçılar bir az bu cür səhnələrə öyrəşməyiblər".

Qeyd edək ki, filmin rejissoru Sain Qəhrəmandır.

Əli Rəhimoğlu

Milli.Az

Günayla çəkilən aktyor: "Heç sevmədiyim bir insanla sevgili olmuşuq" - FOTO