Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Bakı Slavyan Universitetində olub

Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Bakı Slavyan Universitetində olub
20:03 20 Fevral 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Fevralın 20-də Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena Bakı Slavyan Universitetində (BSU) olub.
Universitetdən AzərTAc-a bildirilib ki, görüşdə BSU-nun rektoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, tədris prosesi, burada fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, beynəlxalq əlaqələri barədə danışıb. Rektor Azərbaycanda yeni açılan Kolumbiya səfirliyinin hər iki ölkə arasında əlaqələrin inkişafında, xüsusilə təhsil sahəsində səmərəli rol oynayacağına ümidvar olduğunu vurğulayıb. A.Hacıyev BSU-nun Kolumbiya universitetləri ilə əməkdaşlığa hazır olduğunu, bu ölkədə azərbaycanşünaslığın təbliğinə və tədrisinə dəstək olacağını qeyd edib.
Assad Jose Jater Pena Kolumbiya səfirliyinin Cənubi Qafqaz regionunda məhz Azərbaycanda açılmasının hər iki ölkənin mədəni, ictimai və siyasi sahələrdə əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini söyləyib. Təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətini qeyd edən səfir BSU ilə Kolumbiya universitetləri arasında əlaqələrin qurulmasına böyük önəm verdiyini vurğulayıb. Kolumbiyalı diplomat bu əlaqələrin iki ölkəni bir-birinə daha da yaxınlaşdıracağına əminliyini ifadə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kolumbiyanin_Azerbaycandaki_sefirliyinin_muveqqeti_isler_vekili_Baki_Slavyan_Universitetinde_olub-833788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR