Onun sözlərinə görə, 10 105 nəfərdən 33-nün övladlığa verilməsi nəzərdə tutulub: "Onların hamısı valideyn himayəsindən məhrum olan uşaqlardır. 17-si sağlam, 16-sı isə sağlamlıq imkanı məhduddur. Həmin uşaqlar da 10-dan yuxarı yaş həddindədirlər. Təəssüf ki, bu gün həmin uşaqları himayəyə götürmək istəyən ailə yoxdur. Çünki Azərbyacanda vətəndaşlar sağlam və əsasən 3 - 6 yaşlı uşaqları himayəyə götürmək istəyir".
Nazirlik rəsmisi onu da qeyd edib ki, 2010 - 2015-ci illərdə Azərbaycanda övadlığa verilməsi mümkün olan uşaqlardan 52-si övladlığa verilib. Uşağın təhsilə, ailəyə uyğunlaşması ilə bağlı sonradan bəzi problemlərin yaranma halları da olur.