Almaniyadakı Azərbaycan və türk diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı birgə aksiya keçirirlər

20:48 20 Fevral 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+


Berlin, 20 fevral, AzərTAc
Almaniyadakı Azərbaycan və türk diaspor təşkilatları Bielefeld Universitetində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma kampaniyasına başlayıb.
Alman Azərbaycan Mədəniyyət Cəmiyyəti, Atatürk Düşüncə Dərnəyi, Türkiyə Gənclik Birliyi və Türk Akademisyenlər Birliyi bu məqsədlə universitetin foyesində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan stend qurub. Azərbaycan, Türkiyə və Almaniya bayraqlarının asıldığı stenddə soyqırımından, eləcə də Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, erməni vəhşiliklərindən bəhs edən kitablar, jurnallar və digər nəşrlər nümayiş etdirilir.
Təşkilatçılar gün ərzində universitetin tələbə və müəllimlərinə Xocalı soyqırımı haqqında məlumat verərək, onlara Azərbaycan həqiqətlərini əks etdirən kitab, jurnal, broşürlər paylayırlar.
Fevralın 18-dən başlayan aksiya ayın 21-dək davam edəcək.
Məlumatlandırma aksiyası yerli KİV-lərdə geniş işıqlandırılıb.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniyadaki_Azerbaycan_ve_turk_diaspor_teskilatlari_Xocali_soyqirimi_ile_bagli_birge_aksiya_kechirirler-833812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR