Dağlıq Qarabağ münaqişə zonasındakı hərbi toqquşmalar zamanı Rusiyanın rəsmi hakimiyyət orqanları məsələyə təmkinlə yanaşdılar. Əvəzində Rusiyanın televiziya kanalları ümumilikdə qərəzli oldular. Bütün Baqdasarovların, Kurgenyanovların və digərlərinin mövqeləri onların etnik mənşəsi ilə izah olunur. Cırlaşmış və tamahkar aparıcı Solovyov isə açıq şəkildə "sifariş" yerinə yetirirdi.
Mill.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.

Lakin millət vəkilinin sözlərinə görə, onların səyləri az səmərə verdi: "İctimai rəy sorğuları göstərdi ki, rusiyalılarının yarıdan çoxu Moskvanın Ermənistan-Azərbaycan münaqişəsində neyrtal mövqe tutmasının tətəfdarıdırlar. Onların 1/4-i bununla bağlı konkret fikrinin olmadığını deyib. Yalnız 6 faizi ermənilərin lehinə çıxış ediblər. Əgər Rusiya kanallarında Yerevandakı son anti-Rusiya mitinqlərini göstərməyə başlasalar, onlar da öz fikirlərindən əl çəkərlər.
Göründüyü kimi, Rusiya vətəndaşları daha sağlam düşüncəlidirlər və özlərini axmaq yerinə qoymağa imkan vermirlər, "sifarişli" teleşoular isə onlarda inam doğurmur".
Qeyd edək ki, politoloq hələ bir neçə gün Ermənistanda anti-Rusiya kampaniyasının geniş vüsət aldığını bildirmişdi.
İlkin İzzət
Milli.Az