"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Rusiyanın tətbiq etdiyi yeni qaydalar aprelin ortalarından qüvvəyə minib.
Müvəqqəti və ya daimi yaşamaq icazəsi olan Türkiyə vətəndaşları isə Rusiyaya vizasız səyahət edə biləcək.
Qeyd edək ki, Rusiya bu ilin yanvarın 1-dən etibarən ümumi pasportu olan Türkiyə vətəndaşlaırna viza rejimi tətbiq edib. Xüsusi və xidmət pasportları olanlara isə bu rejim aprelin ortalarından tətbiq etməyə başlayıb.