"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.
"KPMG Azerbaijan" beynəlxalq audit şirkəti tərəfindən verilən rəyə əsasən, Fondun ötən il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.
Qeyd edək ki, artıq 8 ildir beynəlxalq audit şirkətləri tərəfindən SKMF-nın maliyyə hesabatlarının auditi aparılır.