Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə Sumqayıtda 44 layihə üzrə işlərə başlanılıb

Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə Sumqayıtda 44 layihə üzrə işlərə başlanılıb
11:43 21 Fevral 2015
203 Ölkə
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 21 fevral, Ətrabə Rzayeva, AzərTAc 
Sumqayıtda ötən ilin sosial-iqtisadi yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib. Şəhər icra hakimiyyətinin başçısı yanında Şuranın geniş yığıncağında müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AzərTAc xəbər verir ki, əvvəlcə şəhərin inkişafını əks etdirən videoçarx nümayiş olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hesabat məruzəsində bildirib ki, 2014-cü ildə qarşıya qoyulan bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra edilib. Şəhərdə ümumi məhsul buraxılışının həcmi 780 milyon manat təşkil edib. 100 milyon manatdan artıq tikinti-quruculuq işləri həyata keçirilib, əsas kapitala 150 milyon manat investisiya qoyulub. Hesabat dövründə şəhərdə 7 min 343 yeni iş yeri açılıb ki, bu da 2013-cü illə müqayisədə 3 dəfə çoxdur. Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə 44 layihə üzrə işlərə başlanılıb və ilkin olaraq 30,5 milyon vəsait ayrılıb.
Hesabat dövründə “Yaşıl teatr” istifadəyə verilib, məktəblərin maddi texniki bazası möhkəmləndirilib. Şəhərin küçə və məhəllədaxili yollarına asfalt döşənib, əksər yaşayış binalarının fasadları üzlənib, yararsız vəziyyətdə olan dam örtükləri yenilənib. Park və xiyabanlarda yaşıllaşdırma işləri aparılıb, Şəhidlər xiyabanı kompleksi yenidən qurulub, 20 Yanvar və Xocalı faciəsi şəhidlərinin xatirəsinə ucaldılan memorial abidə kompleksi istifadəyə verilib.
Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırovun da iştirak etdiyi yığıncaqda 2014-cü ildə təhsil, səhiyyə, mədəniyyət, sənaye sahələrindəki vəziyyət ətraflı təhlil olunub, təkliflər səsləndirilib.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahibkarliga_Komek_Milli_Fondunun_desteyi_ile_Sumqayitda_44_layihe_uzre_islere_baslanilib-833895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR