Təqdim edilən kompüter dəstləri məktəb şagirdlərinin, müəllim heyətinin və müxtəlif yaş qrupları üzrə sakinlərin bilik və bacarıqlarının formalaşmasına, təkmilləşməsinə və ölkədə formalaşan "elektron hökumət" həllərində yaxından iştirakına öz töhfəsini verəcəkdir.
Qeyd edək ki, Bilik Fondu Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin peşə hazırlığının yüksəldilməsi, maraq dairələrinin genişləndirilməsi, məşğulluğuna dəstək göstərilməsi məqsədilə ödənişsiz əsaslarla informasiya-kommunikasiya texnologiyaları, kompüter, rus, ingilis və Azərbaycan dilləri üzrə hazırlıq kurslarının fəaliyyət göstərdiyi "Bilik Evləri" yaradır. RYTN bu layihə çərçivəsində Fondla sıx əməkdaşlıq edir.