A+
A–

Göygöl, 20 aprel, Rauf Hacıyev, AZƏRTAC
Aprelin 19-da Yaponiya hökumətinin maliyyə dəstəyi ilə “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilən “Göygölün Toğanalı kəndi üçün su təchizatı sisteminin inşası” layihəsinin başa çatması münasibətilə mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, səfirliyin əməkdaşları, həmçinin rayon icyimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Tsuquo Takahaşi məlumat verib ki, icrası başa çatdırılan layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafı Fondu” təşkilatı arasında 2015-ci il avqustun 14-də imzalanıb. Layihənin həyata keçirilməsində məqsəd Göygölün Toğanalı kəndinin sakinlərinin içməli suya olan ehtiyacını ödəmək üçün su təchizatı sistemi inşa etməkdir. Layihənin ümumi dəyəri 90 min 837 ABŞ dolları təşkil edir.
Səfir vurğulayıb ki, bu layihə də daxil olmaqla Yaponiya hökuməti indiyədək Göygöl rayonunda ümumi məbləği 361 min 623 ABŞ dolları olan 4 layihə üzrə qrant müqaviləsi imzalayıb.
AZERTAG.AZ :Yaponiya hökumətinin dəstəyi ilə Göygölün Toğanalı kəndinə içməli su xətti çəkilib
Yaponiya hökumətinin dəstəyi ilə Göygölün Toğanalı kəndinə içməli su xətti çəkilib