Türkiyədə müalicə olunan Fikrət Qoca bu gün Bakıya qayıdacaq

13:27 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 13:22 ]

Bakı. Cavid Zeynallı - APA. Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca bu gün İstanbulda müalicəsini başa vurub Bakıya qayıdacaq.

Şairin qardaşı, tərcüməçi Hamlet Qocanın APA-ya verdiyi məlumata görə, F. Qoca özünü yaxşı hiss edir: “Şükür Allaha, müalicələr müsbət nəticə verdi. Ehtimal olunurdu ki, ürək əməliyyatı keçirsin, amma həkimlər ehtiyac hiss etməyiblər. Ürək damarları təmizlənib, indi hər şey qaydasındadır”.

 

H. Qoca əlavə edib ki, xalq şairinin yenidən müayinələr üçün Türkiyəyə dönməsinə ehtiyac olmayacaq.

 

Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün İstanbula aparıblar. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR