A–
Bakı, 20 aprel, AZƏRTAC
Mayın 12-də “Excelsior Hotel Baku”nun təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri üçün “İctimaiyyətlə əlaqələr işinin qurulması” mövzusunda təlim keçiriləcək. Təlimin məqsədi ictimaiyyətlə əlaqələr işinə maraq göstərən və gələcəkdə özünü bu sahədə sınamaq istəyən gəncləri bu sahənin əsas prinsipləri ilə tanış etməkdir.
“AtaHolding” ASC-dən AZƏRTAC-a bildirilib ki, təlimdə “Veysəloğlu”, “Bakcell” şirkətlərinin, “AtaHolding” ASC-nin, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin bu sahə üzrə mütəxəssislərinin “Korporativ sosial məsuliyyət” və “Şirkətlərdə daxili kommunikasiyalar” mövzuları üzrə təqdimatları olacaq.
Tədbirdə PR ekspertlər də iştirak edəcək.
Təlimdə iştirak etmək istəyən tələbələr CV-lərini və qısa maraq məktubunu [email protected] ünvanına göndərə bilərlər. İştirakçılar seçim əsasında müəyyənləşəcək.
AZERTAG.AZ :Tələbələr üçün “İctimaiyyətlə əlaqələr işinin qurulması” mövzusunda təlim keçiriləcək