Məlumatda bildirilir ki, bu gün BQXK-nın himayəsi altında keçirilən əməliyyat zamanı erməni hərbçinin meyiti geri qaytarılıb: "Təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndiyaxınlığında baş tutub. Bu təhvil vermədən əvvəl BQXK münaqişə tərəflərinin meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirməsinə dəstək verib. BQXK həmçinin tərəflərin meyitləri bir-birinə qaytarılmasında da yardımçı olub".
"Biz münaqişənin gərginləşməsindən sonra itkin düşmüş hesab edilən hər bir şəxsin taleyinə aydınlıq gətirilməsi istiqamətində tərəflərin göstərdikləri səyləri müsbət qiymətləndiririk. Bundan fərqli olaraq, 1992-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsinin aktiv mərhələsində itkin düşmüş 4 000-dən artıq şəxsin ailəsi hələ də onların talelərindən bixəbərdir. Bu ailələrin cavabla təmin edilməsi bizim əsas prioritetlərimizdən biridir”, - deyə BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial bildirib.