Bakı. 21 aprel. REPORT.AZ/ Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-na keçən gecə Qoyunbinəsi kəndində rayon Telekommunikasiya Qovşağına məxsus kabelin 100 metrlik hissəsini kəsərək oğurlayan kənd sakini Azər Quliyev tutulmuşdur.
"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.
Məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun aprelin 20-nə keçən gecə həmkəndlisi Famil Xəlilova məxsus qaynaq sexindən qapının qıfılını sındırmaq yolu ilə təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.