“Sodrujestvo” gənclər hərəkatı “Müasir gənclik və biznes. Miflər və reallıq” mövzusunda “dəyirmi masa” keçirib

19:03 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, Salehə Əliyeva, AzərTAc
“Sodrujestvo” Azərbaycan Respublikası Xalqlarının Həmrəyliyi Cəmiyyətinin gənclər hərəkatı Azərbaycanda Rusiya Həmvətənliləri Təşkilatlarının Əlaqələndirmə Şurasının dəstəyi ilə “Müasir gənclik və biznes. Miflər və reallıq” mövzusunda “dəyirmi masa” keçirib.
AzərTAc xəbər verir ki, “dəyirmi masa”da gənc sahibkarlar, ölkəmizdəki rus, tatar, avar icmalarının, kazak həmyerlilər birliyinin üzvləri, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin ikinci katibi Aleksandr Ponomaryov iştirak ediblər.
Açılış mərasimində çıxış edən “Sodrujestvo” gənclər hərəkatının sədri Denis Getmanov ölkədə gənclər hərəkatının inkişafı haqqında qısa məlumat verib. Qeyd edib ki, “dəyirmi masa” “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq keçirilir.
Denis Getmanov həmçinin qeyd edib ki, tədbirin mövzusu sahibkarlıq, karyera yüksəlişi, müasir Azərbaycan iqtisadiyyatı strukturuna uğurlu inteqrasiya ilə maraqlanan gənclər üçün nəzərdə tutulub.
“Dəyirmi masa”da biznes məsələləri, biznesin aparılmasının yeni formaları və perspektiv istiqamətləri, yeni səmərəli təfəkkür, gənc sahibkarların ən çox buraxdıqları səhvlər, piar post-sənaye biznesin əsası kimi, dövlətlə münasibətlərin qurulması, maliyyə alətləri, texnologiya və idarəçilik, personalın seçilməsi, motivasiyası və digər məsələlər müzakirə olunub.
Fasilədən sonra müzakirələr aparılıb və suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sodrujestvo_gencler_herekati_Muasir_genclik_ve_biznes_Mifler_ve_realliq_movzusunda_deyirmi_masa_kechirib-833994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR