BMT-nin nəzdindəki Beynəlxalq Turizm Təşkilatı 2015-ci ilin yekunları ilə bağlı geniş hesabat yayımlayıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, hesabata əsasən, Azərbaycan ötən il turizm sektoru üzrə Ümumi Daxili Məhsul istehsalında payı ən çox artan ölkələrdəndir.

Beynəlxalq Turizm Təşkilatı Azərbaycanın turzim sektorunda payının ötən il 27,3% artdığını qeydə alıb.

Bu göstərici ilə ölkəmiz ötən il ÜDM-də turizm payı 36,7% artan Uqandadan sonra dünya ikincisidir.

Eyni zamanda turizm təşkilatı dünyada ən çox ziyarətçinin səfər etdiyi ölkələrin ilk onluğunu da tərtib edib.

1. Fransa - 86,3 milyon nəfər
2. ABŞ - 77,9 milyon nəfər
3. İspaniya - 68,1 milyon nəfər
4. Çin - 56,9 milyon nəfər
5. İtaliya - 50,8 milyon nəfər
6. Türkiyə - 39,3 milyon nəfər
7. Almaniya - 35 milyon nəfər
8. Böyük Britaniya - 33,9 milyon nəfər
9. Meksika - 32,4 milyon nəfər
10. Rusiuya - 31,6 milyon nəfər

Milli.Az