"Birləşmiş Millətlər Təşkilatı bu yaxınlarda Aralıq dənizində 500 insanın ölümüylə nəticələnmiş faciəyə təəssüf edir" - deyə bəyanatda bildirilir.
Təhlükəsizlik Şurası dünyasını dəyişənlərin doğmalarına başsağlığı ilə yanaşı, miqrantların qeyri-leqal daşınmasıyla məşğul olan təşkilatların fəaliyyətinin regionda sabitlik üçün ağır nəticələr yarada biləcəyinə narahatlığını ifadə edib.