Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!
02:26 22 Fevral 2015
143 Sosial
Ölkə mətbuatı
A- A+

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıdakı yollarla bağlı sürücülərə xəbərdarlıq edib.

ANS PRESS-in məlumatına görə, Bakıda hökm sürən yağıntılı hava şəraiti və qarın yollarda sürüşkənlik yaratması səbəbilə paytaxt sürücüləri gecə saatlarında bir sıra çətinliklərlə qarşılaşıb.

NİİM-in son yaydığı xəbərdarlıqda, sürücülərin Badamdar şossesi, Zərdabi prospekti, Avtovağzalın qarşısından Biləcəri istiqamətində yolların sürüşkən və təhlükəli olduğu, bu istiqamətdə gedənlərin ehtiyatlı davranması bildirilir.

Sürücülərə yola çıxamadan əvvəl bütün tədbirləri əvvəlcədən görməyi, avtomobillərin təkərlərini zəncirləməyi və təhlükəli yollardan istifadə etməmək məsləhət görülür.

Hazırda paytaxtda eniş-yoxuş olan bütün yollar təhlükəlidir. Şəhərdən bir qədər kənarda isə yollarda vəziyyətin daha təhlükəli olduğu vurğulanır.

Qeyd edək ki, qarlı və buz bağlamış yollarda təkərlərin zəncirlənməsi də mühüm amillərdəndir. Qış fəslində bütün avtomobillərdə təkərlər üçün ən azı 2 zəncir olmalıdır. Dörd çarxlı avtomobillərdə isə 4 zəncirin saxlanılması məsləhətdir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=327518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR