Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ-ın İrəvandakı səfirliyi Amerikanın Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyəni qızışdırılmasına dair irəli sürülən ittihamları rədd edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, səfirliyin yaydığı bəyanatda Amerika tərəfinin Ermənistandakı vətəndaş cəmiyyəti təşkilatlarını qürurla maliyyələşdirdiyi qeyd olunub.
"Bu yaxınlarda "İzvestiya" qəzeti Rusiyanın İrəvandakı səfirliyi və Ermənistanın diplomatik dairələrindəki ehtimal edilən mənbələrə istinadən məlumat yayıb ki, ABŞ birbaşa anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaq üçün Ermənistandakı müxalifət partiyalarını maliyyələşdirir. Biz bütün bunlarla əlaqədar olaraq bir söz deyə bilərik - "xeyir"", - deyə bəyanatda bildirilir.