Z.Məmmədov həmin məhsulların Azərbaycanda neft-qazçıxarma, qida sənayesində istifadə edildiyini bildirib: "Hazırda həmin məhsullar 100% idxal edilir. Bir müddətdən sonra isə "MST Enginnering"in istehsal etdiyi bu məhsullar həm Azərbaycan bazarını təmin edəcək, həm də qonşu ölkələrə ixrac ediləcək".
Qurum rəsmisi bildirib ki, burada 40-dan çox daimi iş yeri açılacaq: "Ümumilikdə, 40-50 daimi iş yerinin açılması gözlənilir. Xammala gəlincə isə, ilkin mərhələdə bu, idxal ediləcək. Lakin 2018-ci ilin ortalarından "SOCAR Polymer"in işə düşməsi nəticəsində tələbatın yerli istehsal hesabına ödəniləcəyi gözlənilir".