Açılış matçında Gəncənin "Kəpəz" klubu "Rəvan"ı qəbul edəcək. Bakı təmsilçisinin tək iddiası sonuncu pillədən xilas olub elitada qalmaqdırsa, gəncəlilər avrokubokda çıxış etmək üçün çalışır. Şahin Diniyevin rəhbərlik etdiyi komanda evdə 3 xal qazanacağı təqdirdə turnir cədvəlində hazırda qərarlaşdığı 4-cü pilləni qoruyacaq. Oyun Rəvan Həmzəzadəyə həvalə olunub.
Günün son oyununda hazırda turnir cədvəlində sonuncu pillədən xilas olmağa çalışan "Xəzər Lənkəran" AZAL-ın qonağı olacaq. "Təyyarəçilər" isə avrokuboka gedən yolda büdrəməmək üçün qonaqlar üzərində qələbə qazanmalı və ən yaxın qonşusu "Neftçi" ilə xal fərqini artırmalıdır. "Rəvan"la eyni - 14 xala malik olan Lənkaran təmsilçisi isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq üçün səfərdən xalla dönməlidir. "AZAL Arena"da keçiriləcək oyunu Ramil Diniyev idarə edəcək.
Azərbaycan Premyer Liqası, XXXII tur
15:00. "Kəpəz" – "Rəvan"
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Murad Məmmədov
Gəncə şəhər stadionu (CBC Sport)
17:30. AZAL – "Xəzər Lənkəran"
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
AZAL Arena (CBC Sport)
Qeyd edək ki, turun digər oyunları mayın 1-də keçiriləcək.