ABŞ Konqressinin nümayəndələr palatasının üzvləri Rusiyaya qarşı sanksiyaları sərtləşdiriməyi nəzərdə tutan qanun layihəsi hazırlayıblar.
ANS PRESS-in məlumatına görə, qanun layihəsində bildirilir ki, Rusiyaya və rusiyalılara qarşı sanksiyalar yalnız bu ölkənin ilhaq etdiyi Krımı Ukraynaya qaytardıqdan və ya Ukrayan hakimiyyəti ilə razılığa gəldikdən sonra ləğv edilə bilər.
Sənəddə Krımın ilhaqı və Ukrayanda vəziyyətin gərginləşdirilməsi ilə əlaqəsi olan rusiyalılara və ukraynalılara qarşı maliyyə və viza sanksiyalarından söhbət gedir.

Qanun layihəsinin müəllifləri təklif edirlər ki, ABŞ prezidentinə yalnız Rusiyanın Krımı Ukraynaya qaytarmasından sonra bu sanksiyaları ləğv etmək icazəsi verilsin. Buna qədər isə ABŞ dövlət idarələrini Krımın Rusiyaya daxil edilməsinin qanuniliyini birbaşa və ya dolayısı ilə tanımağın qadağan edilməsi təklif edilir. Amerikada həmçinin Krımı Rusiyanın tərkib hissəsi kimi göstərən xəritələrin qadağan edilməsi də sənəddə qeyd edilib.
Krım yarımadası 2014-cü ilin mart ayında Rusiya tərəfindən ilhaq edilib.
Krım yarımadası 2014-cü ilin mart ayında Rusiya tərəfindən ilhaq edilib. Buna əsas kimi martın 11-də Krım Muxtar Respublikasının Ali Soveti tərəfindən qəbul edilən müstəqillik bəyannaməsi olub. Daha sonra Krım Muxtar Respublikası ilə Rusiya arasında ilhaq sənədi imzalanıb.
Krım Respublikası hazırda Rusiyanın əlində olsa da dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. Paytaxtı Siferopol şəhəridir. Hazırda Krımda 1,8 milyon əhali yaşayır. Onların 62%-i ruslar, 15%-i ukraynalılar, 12%-i tatarlardır.

Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir. Kimmerlər bu yarımadanı e. ə. VII əsrdə məskun etdi, kimmerlərdən sonra skiflər Krımı aldı. Yerli kimmerlər bu səbəbdən dağlara köçürülüp təcridə uğradılar. Qədim yunanlara bu tavr tayfaları adı ilə məlum olublar və yarımada ta XX əsrin əvvələrinəcən həm inzibatlıqda, həm də ədəbiyyatda Tavrika və ya Tavrida kimi də tanınırdı.
E.ə. V əsrdə yunanlar burada ilk koloniyalarını saldılar. Sonralar burada ellini Bosporus dövləti əmələ gəldi. Dövlət Roma imperiyasının tabeliyində idi. Sonralar qotlar, hunlar, bulqarlar, xəzərlər, Kiyev rusları, bizanslılar, qıpçaqlar və monqollar buranı bir-birinin ardınca işğal etmişlər. Eramızın XIII əsrində Genuya və Venetsiya tacirləri Krımda bir neçə sahilyanı ticarət şəhər və qəsəbələr salmışdılar.
1441-ci ildə Girey nəslindən Hacı xan Krımda xanlıq qurdu. Lakin 1475-də xan Mengli Gireyin İstanbulda girov saxlanmasından sonra xanlıq Osmanlı imperiyasından asıllığa düşdü. 1783-də Rusiya Krımı istila edir və xanlığın mövcudluğuna son qoyur. Yüz minlərlə Krım tatarı yarımadanı tərk edib Türkiyəyə köçdü. Beləliklə, bu xalq Krımda etnik çoxluqdan etnik azlığa döndü.
İlk sovet illərində Krım muxtariyyət əldə etdi. 1941-ci ildə Krım faşist hücumuna məruz qaldı və 1944-də işğalçılardan azad edildi. Muxtariyyət statusuna baxmayaraq 1944-cü ildə yarımadanın demək olar ki, bütün Krım tatarı, həmçinin yunan, bolqar, türk, erməni, italyan, çərkəz əhalisi hakimiyyət tərəfindən Orta Asiyaya sürgün edildi. 1945-də Krımın muxtariyyəti ləğv olundu.
19 fevral 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib.