Müğənni Sərdar Ortaç "Gıybet" adlı mahnısına yeni klip çəkdirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni klip çəkilişi zamanı irlandiyalı həyat yoldaşı Xlo Loqanın ona qoyduğu qadağaya qarşı çıxıb.
Belə ki, Xlonun "Rəqqasə qızlarla arana məsafə qoy" deməsinə baxmayaraq, ifaçı yeni klipində əsmər bir gözəllə səmimi görüntülər verib.
Qeyd edək ki, müğənni müsahibələrinin birində: "Türkiyənin ən gözəl qadınları əsmərlərdir", - deyə bildirmişdi.
Milli.Az
