"Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"dan başqa hazırda digər bankların lisenziyalarının geri çağırılması və ya inzibatçıların təyin edilməsi imkanlarını nəzərdən keçirmir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Palata ölkənin bütün banklarında vəziyyətə nəzarət edir və stress-testlər keçirir: "Hazırda digər banklarda problemlər müşahidə edilmir".

Milli.Az