Azərbaycana gələn əcnəbilərə viza verilməsi qaydası dəyişdi

Azərbaycana gələn əcnəbilərə viza verilməsi qaydası dəyişdi
10:42 23 Fevral 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları”nda dəyişiklik edib
APA-nın məlumatına görə, indiyə qədər “Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” və “Mühasibat uçotu haqqında” qanunlara uyğun olaraq ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbilərin pasportlarına yapışdırılan vizanın ciddi hesabat sənədi kimi tətbiqi və uçotu qaydaları müəyyənləşdirilib.

Dəyişikliyə əsasən, bundan sonra bu qaydalar “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna uyğun deyil, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə” və “Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbilərin pasportlarına yapışdırılan vizanın ciddi hesabat sənədi kimi tətbiqi və uçotu qaydalarını müəyyən edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/326089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR