Bakıda səfirliyin attaşesini təhqir edən şəxs tutuldu

Bakıda səfirliyin attaşesini təhqir edən şəxs tutuldu
13:42 23 Fevral 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın Azərbaycandakı səfirliyinin attaşesini təhqir edərək ona fiziki təzyiq göstərən şəxs tutulub
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci il fevralın 19-da Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi D.Birnbaum Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək səfirliyin “İSR Plaza” mehmanxanasında yerləşən ofisində tanımadığı şəxsin təhqirinə və fiziki təzyiqinə məruz qaldığını, onun xuliqanlıq hərəkətləri nəticəsində sözügedən diplomatik nümayəndəliyin normal iş rejiminin qısa müddət ərzində pozulduğunu bildirib.

Məsələ ilə bağlı dərhal araşdırma aparılıb və həmin şəxsin Bakı şəhər sakini Fərid Nəcəfquluzadə olduğu müəyyən edilib. Təhqiqat orqanı tərəfindən D.Birnbaumun, səfirliyin digər əməkdaşlarının, həmçinin, Fərid Nəcəfquluzadənin izahatları alınıb, digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Toplanmış materiallar Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilib. Burada isə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İşin tam, hərtərəfli və obyektiv araşdırılması və Fərid Nəcəfquluzadənin əməlinə hüquqi qiymət verilməsi üçün bütün zəruri tədbirlər görüləcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/326136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR