Bakıda da yaxınlarda ehtiyacı olan insanlar üçün xüsusi mağaza təşkil edilmişdi. Belə mağazalardan biri də İngiltərədə fəaliyyət göstərir. Bu mağazada xərçəng xəstəliyindən əziyyət çəkən insanların müalicəsi üçün vəsait yığılır. İnsanlar pul və yaxud da satılması üçün müxtəlif dəyərli əşyaları anonim olaraq bu mağazaya bəxş edirlər. Bir insan da mağazaya çox gözəl vintaj tərzində gəlin paltarı bəxş edib.

Anonim şəxsin bağışladığı gəlin paltarında "sürpriz" tapıldı - FOTO

Milli.Az pahoo.az-a istinadən bildirir ki, bu paltarda onu daha da qeyri-adi edən bir sürpriz var idi. Mağazanın işçiləri bu sürprizdən o qədər heyran olublar ki, paltarın fotolarını sosial şəbəkələrdə paylaşaraq, onu bəxş edənin kimliyini aydınlaşdırmağa çalışıblar.

Anonim şəxsin bağışladığı gəlin paltarında "sürpriz" tapıldı - FOTO

Sürpriz isə kiçik qeyd yazılan bir kağız parçasından ibarət idi. Geyimi bəxş edən şəxs onu paltara yapışdırmışdı. Həmin kağızda bu sözlər yazılmışdı: "Bu paltarı toy günündə geyinəcək xanıma öz həyat yoldaşı ilə 56 xoşbəxt il keçirməyini arzu edirəm. Mən öz xanımımla keçirdiyim qədər xoşbəxt illər. Mənim bəxtim gətirib ki, həyat yoldaşım məhz o olub".

Gəlin paltarı onlayn alış-veriş şəbəkəsində satışa çıxarılmış və bir çoxlarının marağına səbəb olmuşdu.

Milli.Az