Şəhər küçələrində sutka ərzində növbə çəkmək üçün yüzlərlə əlavə polis cəlb olunub, avtomobillər hərtərəfli yoxlanılır.
Qeyd edək ki, festival mayın 11-də müsabiqədən kənar olan Vudi Allenin "Gözəl insanlar" (Caf Society, 2016) filmi ilə start götürəcək.
Bu il festival proqramına Nikol Qarsiyanın yeni rejissor işi "Daş xəstəliyi" (Fransa), ispan rejissor Pedro Almodovarın çəkdiyi "Culyetta", Po Verhoevenin "O" dramı və s. filmlər daxildir.