Türkiyəli müğənni Sərdar Ortaçın həyat yoldaşı Xlo Loqnan dünyaca məşhur model agentliyi "Ford Models Mayami"nin heyətinə daxil olub.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Xlo bunun üçün tez-tez Amerikaya gedir. Amma həyat yoldaşı Sərdar Ortaç bu səfərlərdə onu tək qoyur.
Yaxın dostları buna cütlüyün aralarında yaşanan davaların səbəb olduğunu deyiblər. Ortaçın bir müddətdir dostları ilə bu məsələ haqqında danışdığı, "Evliliyimizi qurtara bilmirik. Hər an boşanma qərarı ala bilərik" söylədiyi bildirilib.
Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Facebook səhifəmizə üzv olun.
Milli.Az