Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan cari ilin iyun ayında növbəti görüşün vaxtını və yerini razılaşdıracaqlar.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
O bildirib ki, prezidentlər növbəti görüş zamanı atəşkəsin parametrlərini razılaşdıracaqlar.