Türkiyəli aktyor Ata Demirer Bozca Adada motosikletindən yıxılaraq ayağından zədələnib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Müayinə olunan Ata Demirerin ayağında yumşaq toxuma zədələnməsinin olduğu bəlli olub. Aktyorun vəziyyətinin yaxşı olduğunu deyən həkimi, onun qısa müddətdə evə buraxılacağını bildirib.
Milli.Az