Onun sözlərinə görə, başlıcası Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmaması ilə bağlı fundamental ideyanı dəstəkləməkdir. A.Pavlovski bu məsələdən danışmağın vaxtının çatmadığını da qeyd edib.
Dağlıq Qarabağdakı separatçıların danışıqlar prosesinə "tərəf" kimi cəlb edilməməsinə toxunan rusiyalı diplomat bildirib ki, Ermənistan rəsmi olaraq, belə təklif irəli sürməyib.