Milli.Az qızarmış kartofla salatın hazırlanma qaydasını təqdim edir

Qızarmış kartofla salat

Mətbəx sirləri: Türk qəhvəsi - VİDEO

Tərkibi (8 pay):

1 kq kartof
1 st. + 1 x.q. zeytun yağı
1 qırmızı soğan
yarım dəstə tərə
1 st. qarğıdalı
1 st. bişmiş buğda
1 x.q. narşərab
0,5 ç.q. zirə
1 ç.q. pulbibər
duz

Kartofları kubik doğrayıb 1 st. zeytun yağında qovurun. Bir qədər soyudun.
Tərə və soğanı doğrayın, bişmiş (yaxud konserv) qarğıdalını, buğdanı, narşərabı, zirəni, pul bibəri, duz və zeytun yağını kartofa əlavə edib qarışdırın. Salat qabına yığın.

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az