Dünyanın müxtəlif yerlərindən 28 May Respublika Günü ilə əlaqədar Azərbaycan prezidentinə təbrik məktubları gəlməkdədir. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanla dostluq münasibətlərini xatırladan və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını ifadə edən dünya liderləri ölkəmizin müstəqilliyinin daha da möhkəmlənməsini arzuladıqlarını qeyd ediblər.

Azərbaycan prezidentinə təbrik məktubu göndərən liderlərdən bəzilərinin adlarını təqdim edirik:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut

Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədri Entela Muço

İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldi

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Qlıboçko

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdüləziz Al-Nasser

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yen Nam

San-Marino Respublikasının Kapitan-Regentləri Can Nikola Berti və Massimo Uqolini

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisena

Bruneyin Sultanı Hacı Həssənal Bolkiah

Omanın Sultanı Qabus bin Səid

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo

Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah