Layihə çərçivəsində 5-7 yaşında olan uşaqlar 1 iyun tarixində “Kapital Bank”ın əməkdaşlarını əvəz ediblər.
“Kapital Bank”ın İdarə Heyətinin sədri, müavinləri, həmçinin bir sıra departamentlərinin direktorları və filial əməkdaşlarını əvəz edən uşaqlar, gün ərzində toplantılar keçiriblər və müxtəlif qərarlar qəbul ediblər. Layihənin əsas məqsədi uşaqlara bank əməkdaşları vəzifəsində unudulmaz gün yaşatmasına, həmçinin onların gələcəkdə peşə seçərkən daha həssas olmasına istiqamətlənib.
Qeyd edək ki, “Kapital Bank” korporativ sosial məsuliyyət çərçivəsində, daim müxtəlif təhsil və idman layihələrini dəstəkləyir. Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq gələcəkdə də bu kimi tədbirlər keçirməyi planlaşdırır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.