"Volfsburq"un yarımmüdafiəçisi Luis Qustavo Amerika Kubokunda Braziliya millisinə kömək edə bilməyəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçunu "Gremio"nun üzvü Uolles əvəzləyəcək. O, şəxsi problemlərə görə turnirə getməyəcək. Amerika Kubokunun qrup mərhələsində Braziliya millisi Ekvador (4 iyun), Haiti (8 iyun) və Peru (12 iyun) ilə qarşılaşacaq.

Milli.Az