"Report"un "Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Soçidə keçirilən "Strateji əməkdaşlıq 1520"adlı dəmiryolu forumunda “Rusiya Dəmir Yolları” ASC-nin (RDY) prezidenti Oleq Belozyorov bildirib.
"Burada Uzen (Qazaxıstan) - Gürgan (İran), Rəşt - Astara istiqamətində yükdaşımalar nəzərdə tutulur. Dəmiryolu vasitəsilə yükdaşımanın inkişafın variantlarından biri də şimaldan cənuba olan istiqamətdir. Belə ki, yeni razılaşma yükdaşıma həcminin Rusiya-İran istiqamətində 25% artırmağa imkan verəcək", - deyə O. Belozyorov bildirib.
"Rusiya Dəmir Yolları" ASC yeni nəqliyyat dəhlizləri, məhz Murmanskdan keçərək qərbi Çindən ABŞ-ın şərq sahillərinə yük daşımaların həyata keçirilməsi planını hazırlayır. Bu istiqamətdə məsafə həm üç dəfə qısa, həm də maliyyə baxımından əsaslandılır.
Bundan başqa, daha belə bir "yeni dəhliz" - Taman limanı vasitəsilə Qara dənizə Avropanın cənubuna çıxışdır. Eyni zamanda bunundan əlavə, bu il Baltik dənizinə - Primorks və Vısotsk limanlarına olan dəmir yolu çıxışlarının tikinti və yenidənqurması işləri də yekunlaşır.
RDY-nın şərqdən qərbə ("İpək yolu" layihəsi) daşımalarının inkişaf perspektivlərinə gəldikdə isə O.Belozyorov bildirib ki, Baykal-Amur Magistralı, Transsibir Dəmiryolu Magistralının ötürmə qabiliyyətini yüksəltmək, "Primorye-1", "Primorye-2" qollarının təkmilləşdirilməsi hesabına daşımaların həcmini artırmaq olar: "Şəbəkəyə daha çox yük cəlb etmək və müştərilər üçün dəmiryolunu daha çəkici etmək üçün RDY limanların və digər nəqliyyat növlərinin kapitallarında iştirak etmək, yeni servislər inkişaf etdirməyə hazırdır".