Məlumata görə, hadisə Kordova vilayətində baş verib. Qəza zamanı hər iki avtomobilin sürücüsü ölüb.
Hadisə zamanı xəsarət almış şəxslərdən 3-nün vəziyyəti ağırdır.
Avtobusda 31 nəfər mərakeşli, 16 nəfər ispan, 2 nəfər sinqapurlu, 1 nəfər kolumbiyalı, 1 nəfər ekvadorlu, mavritaniyalı, amerikalı, rumın və Kot-d-Vuar vətəndaşı olmaqla 9 xalqın nümayəndəsi olub.
Sərnişinlər arasında uşaqlar da olub. Lakin xoşbəxtlikdən onlar xəsarət almayıblar.
Avtobus Alxesiras-Madrid istiqamətində hərəkət edirmiş.