Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Report”a verilən xəbərə görə, imtahanın məzmunu ilə əlaqədar müraciətlərin baxılması üçün Apellyasiya Komissiyası iyunun 7-də saat 10-dan 17-dək TQDK‑nın Bakışəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.
İmtahan nəticələri ilə bağlı müraciətlərin baxılması üçün Apellyasiya Komissiyası isə 8-9 iyunda saat 10-dan 17-dək Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.
Bakalavrlar Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.