"Report"n məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio açıqlama verib.
Müqavilə 2 il müddətinə nəzərdə tutulub. Əvvəllər Ventura "Torino"da çalışıb.
Qeyd edək ki, İtaliya yığmasının hazırkı baş məşqçisi Antonio Konte AVRO-2016-dan sonra İngiltərənin "Çelsi" klubuna rəhbərlik edəcək.