Rusiyanın lizinq şirkəti "İlyuşin finans" bu gün “Azərbaycan Hava Yolları” (AZAL) ilə MC-21 təyyarələrinin satışı haqda müqavilə imzalamağa hazırlaşır. ANS PRESS-in TASS-a istinadən verdiyi məlumata görə, müqavilə 10 təyyarənin satılmasını nəzərdə tutur. Təyyarələrin nə zaman çatdırılacağı isə hələlik bəlli deyil. Söhbət "МС-21" təyyarələrindən gedir.

Azərbaycan “An-178” təyyarəsi istehsal edəcək
İyunun 8-də AZAL-la müqavilənin imzalanacağı haqda məlumatı "İlyuşin finans" şirkətinin baş direktoru Aleksandr Rubtsov da təsdiq edib. O, bu müqavilənin planlar haqda olacağını qeyd etsə də satılacaq təyyarələrin sayını şərh etməyib.
Yeni ortamaqistral sərnişin təyyarəsi МС-21-300 bu gün ilk dəfə Rusiyanın İrkutsk aviazavodunda təqdim olunub. Təntənəli təqdimat mərasimində Rusiyanın Baş naziri Dmitri Medvedev, müavinləri Akradi Dvorkoviç və Dmitri Roqozin iştirak ediblər.
МС-21 (XXI əsrin Magistral təyyarəsi) "İrkut" şirkəti tərəfindən tərtib olunur və yığılır. Hazırda təyyarənin yalnız bir nüsxəsi hazırdır və o, rəsmi mərasimdə ictimaiyyətə təqdim olunub.
Təyyarənin ilk satışları 2018-ci ilin sonunda nəzərdə tutulub ("Aeroflotla" müqavilə çərçivəsində).

Hazırda "MC-21"in sifariş porfelini 285 təyyarə təşkil edir. Artıq ilk əcnəbi sifarişçi ilə müqavilə də bağlanılıb. İndoneziyanın "Crecom Burj Berthad" şirkəti ilə imzalanan razılaşmaya görə, 25 təyyarə bu ölkəyə verilməlidir. Eləcə də Misirin "Cairo Aviation" şirkəti ilə 6 təyyarə satışı barədə razılıq var.
Adıçəkilən təyyarəyə Tanzaniya, İran və Səudiyyə Ərəbistanı da maraq göstərir.
