Odessada naməlum adamlar Vladimir Leninin heykəlini dağıdıblar.
ANS PRESS-in məlumatına görə, belə addımlar Ukraynda birinci dəfə deyil. Ancaq bu dəfə Lenin abidəsi tamam dağıdılıb. Dünya proletariatının liderinin qızıl suyuna salınmış heykəli parça-parça edilib.
Ukraynanın "Svoboda" partiyasının nümayəndələri isə bu hadisəni öz ehtimalları ilə izah etməyə çalışıblar. İlkin fərziyyəyə görə, naməlum şəxslər bu addımla yerli sakinləri ukraynalı siyasətçi Stepan Andreyeviç Banderanın ad günü münasibəti ilə təbrik ediblər.
Qeyd edək ki, Lenin heykəlinə qaşrı bu cür vandalizm dalğası 2014-cü il ərzində davam edib. Ötən il ərzində Kiyevdə, Zaporojyedə, Odessada, Xarkovda və başqa şəhərlərdə Leninin bir neçə heykəli dağıdılmışdı.