Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Beynəlxalq ASSİTEJ-in iyun ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iyun ayında həyata keçirdiyi layihələr və beynəlxalq teatr festivallarında iştirak etməsi barədə məlumatlar ASSİTEJ-in xəbərlər kitabında çap olunub.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, elektron jurnalda Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin may ayının sonlarında iştirak etdiyi Rusiya Federasiyası Orenburq vilayətində keçirilmiş "Гостиный двор" VIII Beynəlxalq Teatr Festivalı və Böyük Britaniyada fəaliyyət göstərən "UMUD Ltd Company" şirkətinin dəvəti ilə iştirak etdiyi qastrol səfəri haqqında ətraflı məlumat yer alıb. Aylıq jurnalda həmçinin, Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Asya Atakişiyevanın cari ilin iyun ayının 1-dən - 28-dək Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbində iştirakı qeyd olunub.

Jurnalda son olaraq cari ilin iyun ayında teatrın ənənəvi olaraq Azərbaycanın bölgələrinə qastrol səfəri haqqında qeyd olunub. Qastrol səfəri Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə hər il ənənəvi olaraq həyata keçirilir.
Məlumat üçün bildirək ki, bu elektron jurnalda Beynəlxalq ASSİTEJ-ə üzv olan dünyanın 108 aparıcı ölkəsinin teatr xəbərləri dərc olunur.
Elektron formatda yer alan materialı diqqətinizə təqdim edirik:

ASSITEJ Azerbaijan International Projects and events for ASSITEJ Azerbaijan

May was memorable with International Projects and events for ASSITEJ - Azerbaijan National Center.

ASSITEJ Azerbaijan took part in the "Guest Yard"- VIII International Theatre Festival on May 27 in Orenburg, Russian Federation.

Another delegation of State Theatre of Young Spectators was on tour in London on May 28 invited by "UMUD Ltd Company" in the UK.

June will be memorable with one more International event for ASSITEJ Azerbaijan participating in the X International Summer Theatre School that is organized by the Russian Union of Theatrical Figures and Ministry of Culture of Russian Federation.

In total around 87 delegates from more than 28 countries are going to attend the summer school during June 1-28. The summer school will be held in Zvenigorod, Moscow region and the delegates will come from USA, UK, Germany, Azerbaijan, France, Poland, and all over Russia.

At the end of June, Azerbaijan State Theatre of Young Spectators will make a tour to the regions. The tour will take place within the framework of "Multiculturalism Year"; likewise 2016 was announced as "Multiculturalism Year" in Azerbaijan. Such kinds of tours are traditionally carried out in order to form the relevant provisions and spiritual aesthetic education among the population living in countryside areas. The State Program "Azerbaijani theater in 2009-2019" was approved by the President of Azerbaijan Republic.

Milli.Az