Milli.Az küftəli zapekankanın hazırlanma qaydasını təqdim edir

Küftəli zapekanka

Günün təamı: Ət souslu nyokki - FOTO

Tərkibi (2 pay):
250 q qiymə
1 baş soğan
1 diş sarımsaq
3 kartof
2 yumurta
3 x.q. xama
duz
istiot
şüyüd, cəfəri - zövqə görə
3 x.q. mannı yarması

Qiyməni xırda doğranmış soğan və sarımsaqla qarışdırıb duz, istiot vurun.
Kartofu təmizləyib sürtgəcin iri gözündən keçirin, yumurta, xama və mannı ilə qarışdırın, xırda doğranmış göyərti, duz-istiot qatıb yenə qarışdırın.
Kartof qarışığını silikon formanın içinə bərabər qaydada yayın.
Qiymədən balaca küftələr tutub kartofun üzərinə aralı-aralı düzün.
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az