Milli.Az iris dadı verən, xırtıldayan şokoladlı dondurmanın hazırlanma qaydasını təqdim edir
"Gəlin xanım tatlısı"
Duzun dadını dondurmanı bitirəndən sonra hiss edəcəksiniz. O, karamelin dadını qüvvətləndirmək üçündür. Vanillə karamel də qeyri-adi dad verəcək. Şokolad damlalarını isə dondurmanı son dəfə qarışdırarkən əlavə edin, mikserlə qarışdırıldığından, əvvəlcədən qatsanız, damlalar əziləcək, sonra əlavə etsəniz, diri qalacaq.
Tərkibi (4-6 pay):
100 ml 33-35%-li qaymaq
5 yumurtanın sarısı
100 q şokolad damlaları (yaxud xırdalanmış şokolad)
1 ç.q. vanil cövhəri (yaxud 1 paket vanilli şəkər)
0,5 ç.q. iri dəniz duzu
700 ml süd
200 q şəkər tozu
50 q kərə yağı
Şəkər tozunun yarısını qazançaya tökün, ocağın üstünə qoyun. Qarışdırmadan tünd karamel halına gələnədək qızdırın, ocaqdan götürün.
Duz və yağ əlavə edib yaxşıca qarışdırın, qaymağı, südü və vanil cövhərini əlavə edin. Ocağın üzərinə qaytarın, eynicinsli kütlə alınanadək qarışdırın, ocaqdan götürün.
Yumurta sarılarını şəkər tozunun yerdə qalanı ilə çalın, çalmağı dayandırmadan qaynar karamelin bir hissəsini əlavə edin, sonra digər hissəsini də əlavə edin, daim qarışdıraraq qatılaşınca bişirin.
Alınan kütləni ələkdən keçirin, üzərinə qida plyonkası çəkin, soyuducuda bir neçə saat (ən yaxşısı - 1 gecə) saxlayın.
Sabahı gün dondurucuya qoyun, 1 saatdan bir çıxarıb qarışdırın. Sonuncu dəfə şokolad damlalarını əlavə edin. Dondurucuda ümumi qalma müddəti 5 saatdır.
Nuş olsun!
Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.
Milli.Az








